“Sabahın alimləri” yeddinci respublika müsabiqəsi keçiriləcək

Noyabrın 6-da “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin təşkili məsələlərinə həsr olunmuş görüş keçirilib.

Təhsil Nazirliyindən bildiriblər ki, tədbirdə müsabiqənin əsas məqsədinin IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirmək olduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.

Tədbirdə müsabiqənin ötən il qalibi olmuş 299 nömrəli məktəb-lisey şagirdinin işinin təqdimatı keçirilib.

Eyni zamanda, “Sabahın alimləri” müsabiqəsində iştirak və qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “Sabahın alimləri” yeddinci respublika müsabiqəsi 2018-ci il fevralın 14-dən 16-dək keçiriləcək. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here