“Sabah”ın futbolçusu mövsümün ən gənc oyunçusu oldu

“Sabah”ın Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirdiyi “Qarabağ”la səfər oyunu (1:1) gənc futbolçu Şakir Seyidov üçün əlamətdar olub. SİA-nın məlumatına görə, qarşılaşmanın 80-ci dəqiqəsində Məqsəd İsayevi əvəzləyən gənc yarımmüdafiəçi, yüksək liqada ilk oyununa çıxıb.

Premyer Liqada 17 yaş, 10 ay, 24 günlüyündə debüt edən Şakir, çempionatın cari mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Xatırladaq ki, Şakir Seyidov bir neçə gün öncə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan U-19 millimizin heyətində yer almışdı. Seçmə mərhələdə hər biri 90 dəqiqə olmaqla, 2 oyunda çıxış edən Şakir, yığmamızın uğurunda pay sahibi olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here