RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Şahdağda misli görünməmiş ekstremal layihə keçirilib – Fotolar

377

Azərbaycanda Qış ekstrim mövsümündə indiyə qədər görülməmiş layihə reallaşıb. Yanvarın 10-u Şahdağ Turizm Kompleksində çox enerjili və maraqlı yarış keçirilmişdir. “Bizon Katapulta” adlanan layihədə tamaşaçılar hər bir iştirakçının maraqlı geyimlərdə elastik ip vasitəsilə 15 metr yüksəkliyə qaldırılaraq “snowmobile” ilə onları dartıb 20 metr uzaqlıqdan havaya atılmasının şahidi olmuşlar. İştirakçılar yüksək sürətlə önə və arxaya uçmuşlar.

Yarışda iştirak etmək üçün hər hansı bir maraqlı performans göstərmək istəyən müxtəlif kostyumlu iştirakçılar üçün 1 ay əvvəldən qeydiyyat aparılmışdır. 30 ən maraqlı konsepsiyası və kreativ kostyum seçən iştirakçı seçilərək iştirak etmək hüququ qazanmışdır. Qaliblər layihənin partnyorları tərəfindən müxtəlif qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Münsiflər heyəti məhşur DJ Çingiz Mustafayev (DJ China), “Miss Azərbaycan” Cavidan Qurbanova və Şahdağ Turizm Mərkəzinin nümayəndəsi Man Fert olmuşlar. Onlar qalibləri aşağıdakı kriteriyalara görə qiymətləndirərək 2 nominasiya üzrə qalibi müəyyən etmişlər. Ən kreativ konsept nominasiyasında “Ceyms Bond” kostumu və çıxışına görə qalib gələn Elşad Əsədov oldu.
Tamaşaçıların simpatiyasını qazanmış iştirakçı isə “Jessika Rabbit” kostyumu və çıxışı ilə qalib gələn Fidan İsmixanova oldu.

Təşkilatçı olaraq Xtreme Pro və Bizon Energy Drink, partnyorlar “Şahdağ” Qış-Yay Turizm Mərkəzi və EF Education First-dir. İnformasiya dəstəyi Milli.Az, Trend.Az, Day.Az, Oxu.az

Fotoqraf Valeriya Kozoriz

edu-map.org-232 edu-map.org-000 edu-map.org-1666 edu-map.org-177 edu-map.org-188 edu-map.org-1445 edu-map.org-144 edu-map.org-133 edu-map.org-123 edu-map.org-122 edu-map.org-121 edu-map.org-20 edu-map.org-19 edu-map.org-18 edu-map.org-17 edu-map.org-16 edu-map.org-15 edu-map.org-14 edu-map.org-13 edu-map.org-12 edu-map.org-11 edu-map.org-10 edu-map.org-9 edu-map.org-8 edu-map.org-7 edu-map.org-6 edu-map.org-5 edu-map.org-4 edu-map.org-3 edu-map.org-2 edu-map.org-1

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı