Sahibkar xanımların Gürcüstana mübadilə səfəri başa catıb

Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində Yevlax, Bərdə və Bakıdan olan sosial sahibkar qadınlardan ibarət qrupun Gürcüstanın paytaxtı Tbilisi şəhərinə mübadilə səfəri təşki olunub.  Səfər çərçivəsində Gürcüstanda fəaliyyət göstərən qurumların sosial sahibkarlıq sahəsində gördüyü işlər, dövlət qurumlarının bu sahəyə xüsusi diqqəti və sosial problemlərin həll olunmasında sosial bizneslərin əhəmiyyəti haqda danışılıb. Gürcüstanın Strateji Tədqiqat və İnkşaf agentliyinin sosial sahibkarlıq proqramı, BABALE, Etnodizayn sosial müəssisələri və digər qurumlarla görüşlər keçirilib. Education HUB-ın sosial sahibkarlıq proqramı barədə ətraflı məlumat verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here