RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

SAHİBKARLIQ FƏALİYYƏTLƏRİNDƏ ŞƏFFAFLIQ MEXANİZMLƏRİ

406

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Sahibkarlıq fəaliyyətlərində şəffaflıq mexanizmləri” mövzusunda təlim təşkil edir. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbir Xəzər Universiteti, Nizami korpusunda (Auditoriya 13) ünvanında 15 oktyabr, 2015-ci il tarixində, saat 11:00-dan 13:00-dək təşkil olunacaq. Bu seminarda məqsəd tələbələrə və gənclərə müstəqil şəkildə sahibkarlıq fəaliyyətinə başlamaq üçün şəffaflıq və hesabatlılıqmexanizmlərini izah etmək və işçi və işəgötürən arasında əmək münasibətlərini izahı verməkdir. Gənclər və universitet tələbələrinin iştirakı ilə keçiriləcək seminarda eyni zamanda əmək müqaviləsinin izahı və əmək müqaviləsi bağlanılarkən diqqət edilməli olan məqamlar, işçinin əmək münasibətlərində hüquq və vəzifələri haqqında tələbələr və gənclər məlumatlandırılacaq.

Təlimdə ekspert qismində çıxış edən müstəqil ekspert, Emin Səttarov sahibkarlıq fəaliyyətində vergilərin düzgün analizi və tətbiqi qaydaları, sahibkarlar üçün risk yarada biləcək və ya maliyyə itkilərinə məruz qoyan əməliyyatların izahı, vergi ödəyicisinin hüquq və vəzifələri, işçi və işəgötürən arasında əmək münasibətlərinin izahı, haqqında məlumat verəcək.

Daha ətraflı məlumat üçün layihənin koordinatoru Bəxtiyar Aslanov ilə [email protected] ünvanına yazmaqla yaxud 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərsiniz.Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı