Şahmat haqqında bunları bilirdinizmi?

Olimpiya oyunlarında şahmat təşkilatının açıqlamasına əsasən, dünyada 605 milyon insan şahmat oynaya bilir.

Şahmatın tarixi

Şahmatın uzun və çox maraqlı bir tarixi var. Deyilənə görə, bu oyun Hindistanda Quptun hakimiyyət dövründə yaranıb, qərbdə isə yalnız 9-cu əsrdə əmələ gəlib. Təbii ki, şahmat oyunu özü dəyişiliklərə məruz qalmışdı və bügünkü tanıdığımız şahmat oyununa gəlib çıxmışdı. Məsələn, piyadaların başlanğıc mövqeyindən 2 dama gedişi 1280-ci ildə İspaniyada tətbiq olunmuşdu. Piyadanı ata, filə, topa və vəzirə çevirmək olar. Əvvəllər isə bu mümkün deyildi.

Uzun və qısa oyunlar

Ən qısa oyunda bu cür gedişlər var: 1. F3 e5 2. G4 Qh4++. Bu partiya Ağılsız partiya adı ilə tanınır. Şahmat üzrə ən uzun turnir 269 gedişdən ibarət idi, o 20 saat və 15 dəqiqə davam etmişdi və heç- heçə ilə bitmişdi.

Enerjili vəzir

Bütün tarix boyu vəzir çox saylı dəyişiliklərə məruz qalmışdı. Əvvəl o, diaqonal üzrə yalnız 2 dama gedə bilirdi, sonra isə fil kimi getməyə başladı. İndi isə, xoşbəxtlikdən, vəzir diaqonal üzrə, üfüqi və şaquli gedə bilir.

Bəs siz gözübağlı şahmat oynaya bilərsinizmi?

Gözübağlı oynamaq qeyri-adi bir istedaddır və bu istedada yalnız təcrübəli oyunçular malikdirlər. Təbii ki, bu cür oyun oyunçunun öz beynində özünə oyun lövhəsini təsəvvür etməsini tələb edir. 1960-cı ildə macar Yanuş Feş tərəfindən rekord qoyulmuşdu. O, eyni zamanda 52 rəqibə qarşı 31 partiya oynamışdı.

Sonsuz imkanlar

Üç gedişdən sonra hər tərəfin 9 milyon növbəti gediş variantları olur. Ona görə eyni mövqelərdən çəkinmək lazım deyil, oyun zamanı daim düşünmək lazımdır.

Başlanğıc nəzəriyyəsini istəyirsiniz?

Başlanğıc nəzəriyyəsi şahmatda sonsuz imkanlarla birgə gedir. Partiyanı açan gediş seriyasını başlanğıc adlandırırlar. 1000-dən çox müxtəlif başlanğıc mövcuddur.

Şahmat variantlarının yaranması və şahboks

Şahmat variantlarının bazarının geniş və müxtəlif olması təəcüblü deyil. Şahmat fiqurlarını, lövhəsini və s. dəyişən bir sıra oyunlar mövcuddur. Hətta iki lövhəni bir birinin yanında qoyaraq isveç şahmatı oynamaq olar. Bu oyunda siz rəqibin lövhəsindən fiquru götürüb onu digər lövhədə oynayan partnyora verə bilərsiniz. Şahboks nisbətən yeni bir oyundur. Bu oyunda şahmat və boks birləşdirilib.

Kompüter şahmatları

Bugünkü gündə bu oyunun vacib hissəsidir. Bütün dünyada məşhur olan şahmat üzrə dünya çempionu Harri Kasparov 1997-ci ildə kompüterə 6 partiya uduzmuşdu. Dələduzluq haqqında şayiələrə baxmayaraq, bu hadisə bütün şahmat cəmiyyəti üçün şok olmuşdu. 2006-cı ildə dünya çempionu Vladimir Kramnik həmçinin kompüterə uduzmuşdu. Bu kompüter şahmatlarının nə qədər güclü olduğunu göstərir. Bügünkü gündə bu proqramlardan təkmilləşmək istəyən bütün şahmat oyunçuları istifadə edə bilərlər. Adətən bu proqramlar qrossmeyster dərəcəsinə sahib olurlar.

Şahmatlar və sizin beyniniz

Psixoloqlar şahmatları insan yaddaşının gücləndirilməsinin ən məhsuldar üsulu hesab edirlər. Həmçinin beyinə çətin misalların həll ediləməsini həvalə edərək və ideyaları düşünərək Alzeymer xəstəliyi ilə mübarizə aparmaq olar. Məhz şahmatın cavan orqanizmlərə təsirini nəzərə alaraq məktəblərdə şahmat dərnəkləri açılmışdı.

Şahmat avtomatı Turok

Turok şahmat maşınıdır. Hər hada insanlar belə hesab edirlər. Əslində isə bu maşının içində həqiqi güclü şahmat oyunçusu var idi. Avtomat yanıb xarab olandan sonra onun sirri açılır. Turok isə şahmatın maraqlı tarixinin eksponatlarından birinə çevrilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here