RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.19 18:21

Şahsuvarlıdan DTX-yə çağırış: Məni həbs edin…

46

Bir neçə gün öncə Aznyus.az saytının baş redaktoru Taleh Şahsuvarlının hüquqşünas Aslan İsmayılov və oğlu Ziyəddin İsmayılovun xaricdəki erməni diasporunun fəal nümayəndəsi Kristina Puşau ilə əlaqələrindən bəhs edən yazısı dərc olunmuşdu.

Axar.az xatırladır ki, kifayət qədər rezonans doğuran yazıda baş redaktor səlahiyyətli şəxslərin həmin əlaqələrin müvafiq dövlət qurumları tərəfindən araşdırılması üçün göstəriş verilməsini xahiş etmişdi.

Bu gün isə T.Şahsuvarlı bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevə və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Orxan Sultanova müraciət edib.

Baş redaktor müraciətində Aslan İsmayılovun öz Feysbuk səhifəsində erməni diaspor təşkilatları ilə işbirliyini ört-basdır etmək üçün ictimai diqqəti yayındırmağa xidmət edən məkrli bir status paylaşdığını bildirib.

“Aslan İsmayılov və oğlu Ziyəddin İsmayılovun Kristina Puşaunun hazırda rəhbərlik etdiyi Gənc Liderlər Təşəbbüsü layihəsi ilə bağlı özləri tərəfindən paylaşılmış statuslar, fotoşəkil və məqalə linkləri mövcuddur. Bütün bu məlumatlarda özləri təsdiq edirlər ki, Ziyəddin İsmayılov Kristina Puşaunun layihəsində koordinator vəzifəsi tutur və onun işi azərbaycanlıları həmin proqrama cəlb etməkdir. Soydaşlarımızın vaxtilə erməni tələbə təşkilatına rəhbərlik etmiş, erməni diasporu ilə dərin əlaqələri açıq-aşkar olan, çox güman, Ermənistan xüsusi xidmət orqanları ilə də uzlaşdırılmış fəaliyyət göstərən Kristina Puşaunun təsir dairəsinə yönləndirilməsi dövlət təhlükəsizliyinə təhdid yaradan fəaliyyətdir. Odur ki, bu müraciətlə məni qəbul etməyinizi, əgər bütün söylədiklərimin yanlış olduğuna kiçicik bir şübhə olarsa, elə oradaca həbs etməyinizi, faktlar öz təsdiqini taparsa isə, müvafiq qaydada rəsmi araşdırmaya başlanılmasına göstəriş verməyinizi xahiş edirəm”, – baş redaktor müraciətində qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı