Salyanda üzüm plantasiyalarından 1945 ton məhsul yığılıb

Salyanda üzüm yığımı başa çatıb. Fermerlər cari mövsümdə üzüm bağlarından 1945 ton məhsul yığıblar.

Rayon İcra hakimiyyətindən bildiriblər ki, salyanlı bağbanlar rayonda mövcud olan 954 hektar üzüm bağından 1945 ton məhsul tədarük edilib. Yığılan məhsulun 75-80 faizi süfrə üzümü olub. Qalanını isə texniki sort təşkil edib.

Ötən ilə nisbətən bu il bağlarda bol məhsul yetişdirildiyindən üzümün qiyməti də xeyli ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramının qiymətini 80-90 qəpiyə təklif etdiyindən alıcılar da qiymətdən razı qalıblar.

Ötən il üzüm sahələrindən 1109 ton məhsul yığılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here