SAM-ın 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib

Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.

SAM-dan verilən məlumata görə, sərginin əsas məqsədi oxucuları SAM-ın geridə qoyduğu on hesabat ili ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə, eyni zamanda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yerli və xarici ekspertlər tərəfindən yazılan nəşrlərlə yaxından tanış etməkdən ibarətdir.

Sərgidə müxtəlif dillərdə nəşr edilən çap məhsulları ilə yanaşı, SAM-ın beynəlxalq və yerli jurnalları, eləcə də SAM-ın xüsusi nəşrləri də nümayiş etdirilib.

Qeyd edək ki, sərginin sonunda SAM-ın nəşrlərinin bir qismi oxuculara hədiyyə edilib.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here