RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Şamaxıda maarifləndirici seminar keçirilib

19

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində ictimaiyyət arasında, təhsil ocaqlarında maarifləndirmə tədibləri davam etdirilir.

Növbəti belə tədbir Şamaxı rayonundakı 3 nömrəli orta məktəbdə keçirilib.

“Yetkinlik yaşına çatmayanların radikal dini cərəyanların təsiri altına düşmə hallarının qarşısının alınmasında, eləcə də onların baxımsızlığının və hüquq pozuntularının profilaktikasında polisin rolu” mövzusunda keçirilən seminarda Rayon Polis Şöbəsinin, İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilat nümayəndələri, ictimaiyyət üzvləri, yuxarı sinif şagirdləri və pedaqoji heyət iştirak ediblər.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov tədbiri açaraq toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib.

“Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmalarının və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edən A.Adıgözəlov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb.

“Narkotiklər haqqında nə bilirik?”, “Erkən nigahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Dini radikalizm” mövzularında çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyü vurğulanıb.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzuya dair videoçarx nümayiş etdirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı