Samboçularımız dünya birinciliyində iki medal qazanıblar

Oktyabrın 12-də Tbilisidə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi start götürüb. Çempionatda yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın heyətində 18 idmançı mübarizə aparır. Yarışların birinci günündə yeniyetmələrdən ibarət komandada mübarizə aparan Vilayət Bayramov (60 kq Gəncə) finala qədər uğurla irəliləsə də, qızıl medalın bir addımlığında büdrəyib.

Gənclərin mübarizəsində isə Fuad Məmmədov (62 kq, “Sərhədçi” İK) bürünc medal qazanıb. Beləliklə, komandamızın aktivində 1 gümüş və 1 bürünc medal var. Dünya birinciliyinə oktyabrın 14-də yekun vurulacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here