Samirə Salmanovanın əsərləri İFA-da

Rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı 16 mart cümə günü saat 15.00-da Azərbaycan Fransız İnstitutunda baş tutacaq.

1981-ci ildə anadan olmuş Samirə “uşaq-serebral iflic” diaqnozu ilə anadangəlmə xəstə doğulmuşdur. O, yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir şey götürə bilmir, eşitməsi yaxşı olsa da danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq Samirədə İlahi tərəfindən verilmiş fitri istedad vardır. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.

2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atmışdır. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalareyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilmişdir.

Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir.

Musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here