Samuxda aprel şəhidinə həsr olunmuş kitabın təqdimatı olub

Samux Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin həyat yolundan bəhs edən “26 gün” adlı kitabın təqdimatı olub.

Tədbirdə rayon rəsmiləri, şəhidin ailə üzvləri, qonaqlar, ictimaiyyət, gənclər və KİV nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Rəsmi qonaqlar və iştirakçılarəvvəlcə mərkəzin foyesində şəhidin həyat yolundan bəhs edən foto güşə ilə tanış olublar.

Samux Rayon Heydər Mərkəzinin direktoru Aygün Həsənzadə Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və nəticədə ərazilərimizin bir hissəsinin işğaldan azad edildiyinə diqqət çəkib. Fərman Əsədlinin də döyüşlərdə könüllü bir gənc kimi nümunəvi iştirakından onun kimi vətən oğullarının qəlblərdə daim yaşacağını dilə gətirib.

Müəllif Gülnarə Sadiq qeyd edib ki, “26 gün” adlı romanında şəhidin vətənə, orduya bağlığından geniş bəhs olunub. Aprel döyüşləri böyük qələbənin başlanğıc nöqtəsi kimi səciyyələndirilib. Şəhidin atası ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı Elçin Əsədov oğlunun qanının yerdə qalmaycağına və işğal altında olan torpaqların tezliklə azad olunacğına əminlik ifadə edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here