Sankt-Peterburq Teatrında Fuad Məmmədovun iştirakı ilə “Şopeniana” baleti oynanılacaq

Noyabrın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Mixail Fokinin (1880-1942) yaradıcılığına həsr edilən balet axşamı keçiriləcək.

Teatrın saytı  xəbər verir ki, balet axşamında gənc rəqqas Fuad Məmmədov “Şopeniana” səhnə əsərində çıxış edəcək.

F.Şopenin əsərləri əsasında yaradılmış “Şopeniana” baleti müəyyən süjet xəttinə malik deyil. Bu, əslində personaj və xarakterlərin olmadığı, romantik xəyallar aləmini təcəssüm etdirən rəqs kompozisiyasıdır.

F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here