Şanlıurfa və Battalqazi bölgələri Abşeron rayonu ilə qardaşlaşacaq

Milli Məclisin deputatı Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) dəvəti ilə ölkəmizə səfər edən qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin rəhbəri Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başşısı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin sədriı Hamit Özpolat və “Duru TV”nin baş müdiri Mehmet Canbekdən ibarət heyət Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə görüşüblər.

İB-dən bildirilib ki, görüşdə İ.Gülməmmədova qonaqlara Abşeronun tarixi, iqtisadi potensialı və imkanları barədə geniş məlumat verərək deyib ki, Abşeron rayonu Bursanın Yıldırım bələdiyyəsi ilə qardaşlaşıb və orada Abşeron rayon icra hakimiyyəti tərəfindən ümummili lider Heydər Əliyev adına park və abidənın açılışı həyata keçirilib. Diqqətə çatdırılıb ki, qardaş Türkiyə ilə hər istiqamətdə əməkdaşlığa böyük önəm verilir.

Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi və Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan təmsil etdikləri bölgələri haqqında geniş məlumat veriblər və Milli Məclisin deputatı Q.Paşayevanın Türkiyəyə səfərləri zamanı bölgələrim qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər.

Qonaqlar bu qardaşlaşmanın çox gözəl bir addım olacağını qeyd ediblər. Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgələrin Abşeron ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrini qeyd edən Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən rayonun icra başçısı İradə Gülməmmədova da qardaş Türkiyənin bölgələri ilə qardaşlaşmaqdan böyük məmnuniyyət duyacağını qeyd edib.

Görüşün sonunda türkiyəli qonaqlar bölgələrini tanıdan hədiyyələri Abşeron rayon icra başçısında təqdim ediblər.

Görüşdə iştirak edən GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”nin baş müdiri Mehmet Canbek Azərbaycanın, o cümlədən Abşeronun Türkiyədə daha yaxından tanıdılması, bura çoxlu çayda turistlərin cəlb edilməsi istiqamətində media qurumlarının səylərini artırmalarının vacibliyini qeyd ediblər və üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışacaqlarını deyiblər.

Sonra qonaqlar Abşeron rayonu ilə yaxından tanış olublar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here