Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası: Seçkilərdə heç bir qanun pozuntusu olmayıb

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatını açıqlayıb. Təşkilatın üzvləri seçkilərdə əldə edilən uğurlu nəticəyə görə Azərbaycan xalqını təbrik edib: “Seçkilər çox azad keçirilib, heç bir təzyiq, qanun pozuntusu olmayıb və hər şey qanunvericilik çərçivəsində olub”.

Qeyd olunub ki, seçki məntəqələrinin 66 faizini gəzən nümayəndələr nəticələrin ölkədə bayram ab-havasında qeyd olunduğunun şahidi olublar: “Əhali aktiv şəkildə gəlib öz namizədinə səs verdi. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. Əhali ədalətli və azad keçirilən seçkilərdə maraqla iştirak edirdi.  Xalqın müstəqil şəkildə öz rəhbərini seçə bilməsi imkanı çox vacibdir. Seçkilər məhz xalq üçündür. Xalq öz namizədinə səs verərək öz müqəddəratını həll edir. Azərbaycan  xalqının gələcəyinin parlaq olduğunu  deyə bilərik”.

Sechki-2018.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here