Sara Sanders istefa xəbərlərini təkzib edib –

Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsindən getməyəcəyini bəyan edib.

Bu barədə Ağ Evin sözçüsü özünün “Twitter” hesabında yazıb.

“Mən işimi sevirəm və prezident Trampla işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram”, S.Sanders yazıb.

***

05:37

Ağ Evin mətbuat katibi Sara Sanders və onun müavini Rac Şah istefaya getmək niyyətindədirlər.

Bu barədə CBS telekanalı xəbər verib.

S.Sandersin 2018-ci ilin sonunda postunu tərk edəcəyi bildirilir. R.Şah isə istefasının dəqiq vaxtını hələ ki, müəyyənləşdirməyib.

Çoxsaylı sorğulara baxmayaraq Ağ Evin adıçəkilən rəsmiləri məlumatla bağlı şərh verməyiblər.

Qeyd edək ki, Sara Sanders 2017-ci ilin iyulunda Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edilib.

APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here