SAT imtahanları üzrə səriştəsi olan ekspertlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) üzrə sınaq imtahanlarının keçirilməsinə hazırlıqla əlaqədar seminarların təşkilini planlaşdırır. TQDK-dan dialoq.info-ya bildiriblər ki, seminarlarda yeni SAT imtahan qaydaları, imtahanlarda istifadə olunan materialların təhlili, tərcüməsi, yeni test tapşırıqlarının hazırlanması və digər məsələlər müzakirə olunacaqdır. Bu məqsədlə aşağıda qeyd edilən tələblərə cavab verən, SAT imtahanı üzrə təcrübəsi olan mütəxəssislər seminarlarda iştirak etmək üçün öz CV-lərini 2016-cı il noyabrın 20-dək [email protected] elektron poçtuna göndərə bilərlər:
– Yüksək səviyyədə riyaziyyat və ingilis dili bilikləri;
– SAT imtahanları üzrə səriştə.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here