Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya

Jacadi Paris “Port Baku” biznes mərkəzində yeni açılmış mağazasına Satış məsləhətçisi vəzifəsi üzrə işəqəbul elan edir (4 vakant yer)!

1976-cı ildə təsis edilmiş Jacadi Paris hazırda dünyanın 35-dən çox ölkəsində özünün 270-dən artıq birbaşa satış mağazası və 3 online satış mərkəzi ilə fəaliyyət göstərən uşaq geyimləri üzrə məhşur fransız brendidir. Özündə əlavə olaraq Okaïdi, Obaïbi, Véronique Delachaux, Oxybul Eveil et Jeux və Idkids brendlərini birləşdirmiş IDGroup şirkətinə mənsub olan Jacadinin əsas missiyası “böyüyən uşaqlar üçün daha yaxşı dünya yaratmaq”, əsas dəyərləri isə ailə və uşaqlara qayğı, müasirləşmə, keyfiyyət və müştəri məmnuniyyətini təmin etməkdən ibarətdir.

İşin təsviri:

• Müştəriləri gülərüzlə qarşılamaq, onlara mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
• Mağazaya daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun məhsullar haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi halda satış prosesini davam etmək və prosesi başa çatdırmaq;
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
• Müştərinin məhsul ilə əlaqədar suallarını ətraflı cavablandırmaq üçün təşkil edilən təlimlərdə aktiv iştirak edərək, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, məhsul biliyini və satış texnikasını tam mənimsəmək;
• Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;
• Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər verilmək, alış üçün seçim variantları təklif etmək;
• İş yerində mehriban və qayğıkeş atmosfer yaratmaq, komanda işi nümayiş etdirmək;

Əmək şəraitinin əsas şərtləri:

• Həftədə 6 iş günü, gündə 8 saat iş vaxtı olmaqla iş qrafiki;
• Əsas məbləğ və satış həcmindən asılı olan bonuslardan ibarət rəqabətli əmək haqqı;
• Bir iş ili üçün 21 təqvim gününundən ibarət əmək məzuniyyəti;
• Nahar təminatı (ödəniş formasında);
• Satış sahəsində təlimlər və karyera inkişafı perspektivləri;
• Əmək qanunvericiliyinə uyğun işə alınma (əmək müqaviləsi bağlamaqla və əmək kitabçasına təcrübə qeydləri aparılmaqla);

Namizədlərə qarşı tələblər:

• Tam orta, orta-ixtisas və ya ali təhsil (orta-ixtisas və ali təhsillilərə üstünlük verilir);
• Satış sahəsində iş təcrübəsinin olması üstünlükdür;
• Yaş: 18-35;
• Cins: qadın;
• Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
• Səliqəli xarici görünüş, nəzakətli danışıq;
• Yüksək təşəbbüskarlıq və dinamik işə meyillik, aktivlik, yüksək dərəcədə inandırmaq qabilliyyəti və səbrlilik;
• Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili biliyi üstünlükdür);
• Təhlil etmək, problemləri zamanında həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı;
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
• Müştərini əldə etmək, müştərilər tərəfindən gələn etirazları səbrlə dinləmək, qarşılamaq və onları məmnun etmək bacarığı;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə 26 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.