RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Saytda könüllü vakansiya

915

Bella.az komandasına qoşul, könüllü ol və xüsusi dəb jurnalistikası təliminə qatılmaq şansı əldə et!
Hər gün qadın, gözəllik və dəb saytlarını oxuyursunuz? Yazılara baxıb “mən bundan yaxşısını edə bilərəm!” deyirsiniz? O zaman, siz Bella.az qadın və dəb saytının axtardığı jurnalistsiniz!
2013-cü ildən Tbilisi şəhərində fəaliyyətə başlayan Bella.az saytı öz uğurları ilə Azərbaycan mediasında fərqlənir. Hazırda isə Bella.az komandasına könüllülər əlavə etməklə yeni bir layihəyə başlayır.
Siz bizimlə Azərbaycana təkcə xarici media təcrübəsini deyil, həmçinin öz tərzinizi gətirəcəksiniz. Çünki yalnız bizdə siz pulsuz Dəb jurnalistikası üzrə xüsusi təlimə qatıla biləcəksiniz. Könüllülərə dəb xəbərləri və məqalələrini yazmaq, foto sessiyaların təşkili və video bacarıqları öyrədiləcək.
Komandamıza üzv olmaq istəyirsinizsə, CV və niyyət məktubunuzu [email protected] email ünvanına göndərin.
Niyyət məktubunda 150 sözə qədər niyə dəb jurnalisti olmaq istədiyinizi bildirin.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı