Seçici fəallığının ən yüksək olduğu dairə açıqlanıb

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.
Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir.

Bu seçki dairəsində 51117 seçicidən 40588-i (79.40%) artıq səsvermədə iştirak edib.

Saat 17:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir. Bu seçki dairəsində 37205 seçicidən 19224-ü (51.67%) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 17:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 716 135 nəfəri (69,93%) səsvermədə iştirak edib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here