“Şeir və məqalə müsabiqəsi” keçiriləcək

BDU Hüquq Fakültəsi TGT-nın təşkilatçılığı ilə Hüquq fakültəsi tələbələri arasında “Şeir və məqalə müsabiqəsi” keçiriləcək.Bu sizin qabiliyyətinizin qiymətləndirilməsi üçün əsl fürsətdir.Seçilmiş şeir və məqalələr BDU Hüquq Fakültəsi TGT-nın nəşr olunacaq “Hüquq,həyat və sən” adlı jurnalında öz yerin tapacaq.Müəlliflərə sertifikat və mükafat təqdim olunacaq.Şeir və məqalələrə olan tələblər : -Yazılacaq şeir və məqalələr bədii üslubda olmalıdır. -Şeir və məqalələr elektron formada hazırlanmalı və [email protected] ünvanına göndərilməlidir. -Şeir və məqalələr şəxslərin intellektual mülkiyyəti olmalıdır.Bu tələbə cavab verməyən şeir və məqalələr dərhal müsabiqədən uzaqlaşdırılacaq. -Şeir və məqalələrin qəbulu üçün son tarix 10.11.2014-dür. Əlavə məlumat üçün aşağıdakı nömrələrdən istifadə edə bilərsiniz : – Nara Orucova : 0513891650 – Tural Vəliyev : 0553081424

P.S : Məxsusi olaraq öz əsərini elektron formada hazırlaya bilməyən və yaxud emailə yollamaqda çətinlik çəkən şəxslər qeyd olunan nömrələrlə əlaqə saxlayıb öz işlərini yazılı formada təqdim edərək bu müsabiqəyə qoşula bilər.