Seyid Əli Xamenei: ABŞ-la dialoqun xeyri yoxdur

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İranın ali dini rəhbəri Seyid Əli Xamaneyi bəyan edib.

Onun sözlərinə görə, İran artıq həm ABŞ-ı, həm də bir sıra Avropa ölkələrini etibarsız hesab edir. Ali dini rəhbərin fikrincə, rəsmi Vaşinqton üçün əsas problem Fələstinin İran tərəfindən dəstəklənməsi və onun bölgədəki sülhməramlı mövcudluğudur.

“ABŞ-da hesab edirlər ki, onların İranla siyasi mübarizə aparmaları üçün digər ölkələrin dəstəyinə ehtiyacları var. Lakin biz istənilən konfrontasiyadan qalib çıxacağıq”,- deyə Seyid Əli Xameneyi söyləyib.

ABŞ tərəfdən isə İranla bağlı Donald Tramın şəxsi nümayəndəsi, Nyu-York şəhərinn keçmiş meri Rudolf Culianinin açıqlamaları diqqət çəkib. O, Polşanın paytaxtı Varşavada keçirilən Yaxın Şərq üzrə konfransdakı nitqində hər kəsi İrana qarşı “sərt mövqedə dayanmağa” və onun hökumətini demokratik kursda getməyə məcbur etməyə çağırıb.

“Assosiated Press” agentliyinin verdiyi məlumata görə, Rudolf Culiani ABŞ rəhbərliyinin İrandakı rejimin öz siyasətini dəyişdirməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

Son məlumatlara görə isə ABŞ İranla bağlı sanksiya siyahısını daha da genişləndirib. ABŞ Maliyyə nazirliyinin saytında İranın 9 fiziki və iki hüquqi şəxsinə sanksiya tətbiq olunduğu bildirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here