RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Sınaq imtahanına qeydiyyat davam edir

41

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.

DİM-dən bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA və BB qrupları üzrə iyulun 19-da keçiriləcək. İmtahan saat 10-da başlanacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat iyulun 19-u saat 9-da başa çatacaq. Qeydiyyat üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır. Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı