Sinqapurda ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında görüş başlayıb

Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında tarixi zirvə görüşü başlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilir.

Bundan əvvəl Ağ Ev görüşün 45 dəqiqə davam edəcəyini bildirib. Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here