Şirazda Tarixi Döyüş Sənəti Beynəlxalq Festivalı keçirilib

Şiraz İranın qədim şəhəri olmaqla yanaşı, həm də turizm mərkəzi sayılır. Odur ki, bu şəhərdə tez-tez maraqlı tədbirlərin keçirilməsi təsadüfi xarakter daşımır.

AZƏRTAC xəbər verir ki, Şirazda Tarixi Döyüş Sənəti Beynəlxalq Festivalı keçirilib. Festivalda İran ilə yanaşı, Monqolustanın, Rusiyanın, Türkiyənin, Çinin və Orta Asiya respublikalarının təmsilçiləri iştirak ediblər.

Festival çərçivəsində qadın və kişilərin iştirakı ilə tarixi əks etdirən maraqlı oyunlar keçirilib. At çaparaq ox və nizə ilə hədəfi dəqiq vurmaq, nizə ilə həlqələri götürmək və nizəni balaca həlqədən keçirmək kimi yarışlar yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanıb.

İranlı qadınlar öz məharətlərini nümayiş etdirərək festivalın qalibi olublar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here