Şirvanda “Heydər Əliyev gənclərin əbədiyaşar lideridir” mövzusunda elmi-praktik seminar keçirilib

Şirvan şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev gənclərin əbədiyaşar lideridir” mövzusunda elmi-praktik seminar keçirilib.

İstək liseyinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və geniş təbliği, ictimaiyyətin bu ideyalar ətrafında daha sıx birləşdirilməsi məqsədi daşıdığını bildirib: “Danılmaz həqiqətdir ki, Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanan bir amildir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib”. A.Fərzəliyeva vurğulayıb ki, Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna xidmətlərinin və dövlətçilik irsinin tədqiqi, təbliği baxımından böyük əhəmiyyət kəsb edən elmi-praktik seminarlar yeniyetmələr, gənclər, ümumiyyətlə, Heydər Əliyevin həyatı və fəaliyyətini daha yaxından öyrənmək istəyən hər bir şəxs üçün önəmlidir: “İnanıram ki, həm bugünkü, həm də bundan sonrakı görüşlərdə edilən çıxışlar nəticəsində dinləyicilər tariximizin və Heydər Əliyevin həyatının yeni faktları, maraqlı səhifələri ilə tanış olacaqlar”.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Dahi şəxsiyyət” adlı videofilm nümayiş etdirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here