RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.14 17:40

Siyavuş Novruzov Damlayla olan fotosundan danışıb

30

Müğənni Mina və Damla da deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov ilə fotosunu sosial şəbəkədə bölüşüb.

Musavat.com xəbər verir ki, müğənni Damla deputatla fotosunu “YAP icra katibinin müavini Siyavuş Novruzovla keçirilən tədbirdən xatirə fotosu” şərhi ilə paylaşıb. 

Mina isə S.Novruzovla fotosuna “YAP-ın gənc idmançılara qayğısını göstərən tədbirdən foto” başlığını yazıb. 

Qeyd edək ki, S.Novruzov müğənni Afaq Aslanla foto çəkdirdiyi üçün tənqid olunmuşdu. 

O, musavat.com-a açıqlamasında müğənnilərlə foto çəkdirməkdə qəbahət görmədiyini bildirmişdi: “Şəkil çəkdirdiyim Afaq Aslanı, Damlanı tanıyıram. Mənim Damla ilə də şəklim var, hamı bir-biri ilə şəkil çəkdirirdi. Onların içərisində partiya üzvü olan da var, olmayan da. Təəssübkeşi də var. Onların da bir qrupu partiya üzvü olmaqla bağlı müraciət edib”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı