RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.09.11 16:23

“SOCAR Turkey”də yeni təyinat olub

28

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.

Dialoq.info BAKU.WS-a istinadən xəbər verir ki, “SOCAR Turkey”dən “report”a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.

Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.

Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsi ilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə ümumilikdə 14,2 milyard ABŞ dolları investisiya yatırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı