“Şollar-100” adlı rəsm müsabiqəsi elan olunub

“Şollar-100” adlı rəsm müsabiqəsi elan olunub

Bakıda “Şollar-100” adlı rəsm müsabiqəsi elan olunub.

“Bakı beynəlxalq su həftəsi” layihəsi çərçivəsində baş tutan müsabiqə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dəstəyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşib.

Hər bir fırça ustasının qatıla biləcəyi müsabiqəyə sözügedən mövzu ilə bağlı əsərlər qəbul olunacaq. İştirakçılar əsərlərini martın 3-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim etməlidir.

Martın 14-də “JW Marriott Absheron” otelində müsabiqədə seçilmiş əsərlərdən ibarət rəsm sərgisinin açılması da nəzərdə tutulur.

Sərgi martın 18-dək davam edəcək.

AZƏRTAC