Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc edib

Məşhur gündəlik Şotland qəzeti olan “The Scotsman”-ın (“Şotlandiyalı”) oxucuları Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını bilmək imkanı əldə ediblər.

Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilmiş qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adları vardır. Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.

“The Scotsman” qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here