“Sovetski”nin yerində park-körpü salınır

Bakının “Sovetski” kimi tanınan ərazisinin söküntüsü başa çatdıqdan sonra ərazidə avtomobil yollarının tikintisi həyata keçirildi. Daha sonra ərazidə böyük sahədə yaşıllaşdırma və abadlıq işləri, yəni parkın salınması işlərinə başlanıldı.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, “Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində yerüstü park-körpü inşa edilir.
“Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr – Park, həmçinin, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub. Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır”, – qurum rəsmisi deyib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here