“Spellbound” çıxış edəcək

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış italyan balet truppası olan “Spellbound” çıxış edəcək. Teatrın mətbuat xidmətindən məlumat verilib ki, “Bir axşam Spellboundla” adlı gecə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində reallaşacaq.

Qeyd edək ki, 1994-cü ildə tanınmış italiyan xoreoqraf Mauro Astolfi tərəfindən yaradılan “Spellbound” mütəmadi olaraq bir çox milli və beynəlxalq balet festivallarında uğurla çıxış edir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here