“Sport Time” jurnalı bir qrup media nümayəndəsini təltif edib

Azərbaycanda idmana göstərilən yüksək diqqət və qayğını təbliğ edən, idmanın inkişafına töhfə verən “Sport Time” jurnalı milli mətbuatın yaranmasının 143-cü ildönümü ilə bağlı iyulun 12-də tədbir keçirib.

Tədbirdə “Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəyli çıxışında artıq dörd ildir nəşr olunan jurnalın Azərbaycanda həyata keçirilən idman siyasətinin, ölkəmizdə idmanın inkişafının təbliği məqsədilə gördüyü işlərdən danışıb. Bildirib ki, ötən müddətdə jurnal idman ictimaiyyəti və ziyalılar tərəfindən maraqla qarşılanıb. Bu, jurnalın kollektivini daha fəal işləməyə həvəsləndirir.

Sonra bir qrup mətbuat nümayəndəsi “Medianın dostu” nominasiyası üzrə mükafatlandırılıb. Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Samirə Allahverdiyeva da olub.

Tədbir konsert proqramı ilə davam edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here