“Startup Günləri” keçiriləcək (Qeydiyyat)

Tarix: 14-16 noyabr 2014

Kimlər Startup Günlərində  iştirak edə bilər ?
Startup Günlərində ilk növbədə  proqramçılar, dizaynerlər və developerlərin iştirakı nəzərdə tutulur. Eyni zamanda İnternet biznesə maraq göstərən, bu sahədə ideyaları olan sosial media menecerləri, marketoloqlar, hüquqçular və digər sahələrin mütəxəssisləri də iştirak edə bilərlər.
Startup Günlərində bir qayda olaraq tələbələr və fəaliyyətə yeni başlayan gənc sahibkarlar, fərdi işləyənlər (freelance)  və digər gənclər iştirak edirlər

Startup Günləri hansı formatda keçiriləcək.?
İlk öncə ideyaların təqdimatları və yarışması təşkil olunur.
Belə ki, proqramçılar və dizaynerlər, marketoloqlar, İnternet biznesə yeni başlayan və ya bu niyyətdə olanlar, gənc startupçılar özlərinin innovativ biznes ideyalarını təqdim edirlər .
Hər bir iştirakçıya bu məqsədlə qısa bir müddət, təxminən  3 dəq. vaxt verilir.  İdeyaların qısa müzakirəsi və seçimi həyata keçirilir. İştirakçıların seçimi ilə  daha çox dəstək qazanan  bir neçə ideya qalib seçilir.
Daha sonra  bu seçilən ideyalar ətrafında iştirakçılardan ibarət 5-7  nəfərlik Komandalar formalaşacaq və onlar tərəfindən 2 gün ərzində bu ideyalar ətrafında  Layihələrin ilkin variantları hazırlanacaq.
Hər bu startup komandasına Startup Azərbaycanın mentorlar və ekspertlər komandasının dəstəyi təşkil olunur.
Yekunda Komandalar münsiflər qarşısında bu hazır startup layihələrin qısa müddətli təqdimatlarını edəcəklər və Münsiflər təqdim olunan layihələr içərisindən daha uğurlu olanları finalçı olaraq seçəcəklər.

Startup Günlərində  Siz nə qazanırsınız ?
Qalib layihələrə və qalib Layihələrin hər bir iştirakçısına, həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə,  təşkilatçıların və sponsorların qiymətli hədiyyələri təqdim olunacaq, sertifikatlar  və diplomlar təqdim olunacaq.

Startup Günlərində iştirak etməklə Siz həmçinin :
–  Öz ideyanızı dəyərləndirmək və  gerçəkləşdirmək imkanı qazanırsınız
–  Tanınmış startup nümayəndələri ilə əlaqələr qurmaq imkanı qazanırsınız
–  Maraqlı insanlarla tanışlıqlar və gələcək əməkdaşlıqlar qazanırsınız
–  Komanda formalaşdırmaq imkanı qazanırsınız
–  Təlimlər vasitəsilə yeni bilgilər və bacarıqlar  əldə edirsiniz
–  Siz heç bir xərc çəkmədən gələcək karyeranız üçün fürsət əldə edirsiniz
–  Müsabiqələrdə iştirak etməklə layihələrinizin tanıtımını həyata keçirirsiniz

Startup Günlərinin digər tədbirləri hansılardır ?

– Startup Günlərində milli startupların inkişafı və  problemləri ətrafında bütün maraqlı tərəflərin
iştirakı ilə müzakirələr təşkil olunur.
– Son dövrlərdə xarici səfərlərdə olan yerli startup sahibləri ilə görüşlər təşkil olunur
– Beynəlxalq və yerli ekspertin iştirakı ilə Təlimlər keçirilir

 

QEYDİYYATDAN KEÇMƏK

* ilə işarələnmiş bəndlərin doldurulması zəruridir.