“Startup Günləri” keçiriləcək

14 – 16 noyabr 2014-cü il tarixlərdə Bakıda Startup Günləri keçiriləcək. Dialoq.info xəbər verir ki, Yüksək Texnologiyalar Parkında təşkil olunacaq Startup Günləri Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir.

Startup Günlərinin əsas məqsədi yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil etmək, yeni formalaşmaqda olan startupçıları, startup komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək, startupçılar arasında əlaqələri gücləndirməkdir.

Startup Günlərində yeni fəaliyyətə başlayan startupçılar üçün Təlimlərin keçirilməsi, onların uğurlu startup Layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında startup komandalarını formalaşdırmaqla yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.Komandalar iştirakçılar və ekspertlər tərəfidnən seçilən ideyalar ətrafında formalaşdırılır. Startup Günlərində bu startup komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.

Startup Günlərində seçilmiş ideyalar ətrafında formalaşan startup komandalarının hazırladığı Layihələrin yarışması təşkil olunacaq və peşəkar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.

Startup Günlərində İnternet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər. Bu məqsədlə www.startupdays.startup.az saytında qeydiyyatdan keçmək lazımdır.

Startup Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startup təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan startupçılarla görüşləri də nəzərdə tutulub.

Startup Günlərinin 3 gün davam edəcəyi nəzərdə tutulub. Bu müddət ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin ilkin versiyası müəyyən olunub.

Startup Günlərinə  RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, İnfipro və XƏZƏR Vençur  şirkətləri dəstək veirir.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların , sponsorların partnyor şirkətlərin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Geniş məlumat : www.startupdays.startup.az

Startup Azərbaycan TK
012 492 -44 -44
www.startupdays.startup.az
[email protected]
Fb: http://www.facebook.com/startupdaysaz
Twitter: http://twitter.com/startupdaysaz