Stiv Biqen Şimali Koreya üzrə xüsusi nümayəndə təyin edilib

ABŞ Dövlət Departamenti Şimali Koreya üzrə xüsusi nümayəndə təyin edib. Bu barədə dövlət katibi Mayk Pompeo açıqlama verib. O bildirib ki, ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətinin həyata keçirilməsi və yarımadanın nüvə silahından tam azad olması məqsədləri istiqamətində xüsusi nümayəndə kimi Stiv Biqen çalışmağa başlayacaq.

“Gələn həftə mən və yeni xüsusi nümayəndə danışıqları davam etdirmək üçün Şimali Koreyaya səfər edəcəyik”, – deyə dövlət katibi əlavə edib.

Stiv Biqen bundan əvvəl “Ford” şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti postunda çalışıb. O, həmçinin Milli Təhlükəsizlik Şurasında və Konqresdə müşavir vəzifələrində işləyib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here