Stolüstü tennis üzrə Azərbaycan millisi gənclər arasında Avropa çempionatında iştirak edəcək

İyulun 15-24-də Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından  bildiriblər ki, Azərbaycanı çempionatda 10 tennisçi təmsil edəcək. Yığma komandamız qitə birinciliyində baş məşqçi M.Timofeyevin rəhbərliyi ilə yarışacaq.

Çempionatda Avropanın 44 ölkəsinin təmsilçiləri mübarizə aparacaqlar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here