RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Strateji Araşdırmalar Mərkəzində (SAM) təcrübə keçmək imkanı

848

Təcrübə proqramı

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla ildə 4 dəfə təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı (III- IV) kurs tələbələri və magistrantlar təcrübə proqramına qatılmaq üçün SAM-a müraciət edə bilərlər:

Beynəlxalq Münasibətlər

Siyasətşünaslıq

Beynəlxalq İqtisadi Münasibətlər

Sosial Elmlər və Psixologiya

Beynəlxalq Jurnalistika

Amerikanşünaslıq

Regionşünaslıq

Təcrübəçidən – xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, kompyuter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.

Təcrübə keçmək üçün müraciət forması: Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan namizədlər Azərbaycan və ya Ingilis dilində CV-ni (zəhmət olmasa 3×4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri (arzu olunandır) əlavə etməklə, qeyd olunan elektron ünvana göndərməlidir: [email protected]

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı