Stüardessa işləmək istəyənlərin nəzərinə!

Sənədlər oktyabrın 1-dən 20-nə qədər qəbul ediləcək.

Azərbaycanın Milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) stüardessaların işə qəbulunu və namizədlər üçün kastinq elan edib.

AZAL-ın məlumatında deyildiyi kimi şirkət cazibədar xarici görünüşlü, boyu 165 sm-dən az, çəkisi 75 kq-dan çox olmayan 18 yaşından 30 yaşına qədər qızları işə dəvət edir.

Namziədlər Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidirlər. Əlavə dil bilikləri də alqışlanır.

Kastinqdə iştirak üçün sənədlər oktyabrın 1-dən 20-nə qədər qəbul ediləcək.

Əlavə məlumat üçün telefon nömrələri: (012) 497-26-00 (24-04, 24-22, 26 24).