Sudan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mühazirəsi olacaq

Əziz ərəbşünaslar, fevral ayının 11-də, saat 11:00-da Bakı Avrasiya Universitetində Sudan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Müstəşar Elçisi, dr. Muhammed Elballa Osmanın mühazirəsi olacaq. Mühazirənin mövzusu “Azərbaycan-Sudan münasibətləri”dir.
DİQQƏT! Mühazirə ərzində cənab müstəşar elçiyə sizi maraqlandıran suallarınızı verə bilərsiniz. Ən maraqlı sualı verən 2 tələbəyə dr. Muhammed Sudan Səfirliyi adından hədiyyə təqdim edəcək. Yəni birinci və ikinci ən yaxşı sualı verən 2 tələbə mükafatlandırılacaq.
Mühazirənin dili ərəb dilidir və Azərbaycan dilinə tərcümə ediləcək.

Təşkilatçı: Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin baş müəllimi, fil.f.d Ülviyyə Hüseynova

Əlaqə tel: 050 751 82 81 (Ülviyyə Hüseynova)
055 646 58 25 (Zeynal Zeynallı)

Ünvan: Ak. Həsən Əliyev küçəsi, 135A
Tarix: 11.03.2015, saat 11:00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here