Şurada diaspor və QHT rəhbərlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında diaspor və QHT rəhbərlərinin görüşü keçirilib.
Görüşdə 25-dən artıq aktiv QHT rəhbəri, eləcə də Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin sədri Minəvvər Vahabova, İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağasoy, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmov iştirak ediblər.
Tədbirdə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçiriləcək layihələr müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf bütün tədbir iştirakçılarını salamlayaraq diaspor və QHT rəhbərlərinin təşəbbüslərinin həyata keçirilməsi potensialın olduğunu vurğulayıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə diaspor və ictimai təşkilatların birgə fəaliyyətinin önəmindən danışıb.
Sonra diaspor və QHT nümayəndələri öz fikirlərini bölüşüblər. Diaspor üzvləri belə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayaraq Azərbaycanda QHT-lərin diaspora dəstəyinin onları motivasiya etdiyini bildiriblər.
QHT rəhbərləri diaspor nümayəndələrinin gördükləri işləri yüksək qiymətləndirərək aktivliyin daha da artırılmasının vacibliyini qeyd ediblər. Onlar Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində həyata keçirilən hər hansı layihənin güc birliyinin nümayişi olduğunu vurğulayıblar.
Toplantıda Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində növbəti həyata keçiriləcək iki layihə ilə bağlı qərar qəbul olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here