Şuranın Apelyasiya Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib.
Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2018-ci il ikinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 18 QHT-nin müraciətinə baxılıb. Bu təşkilatlardan ikisinin nümayəndəsi iclasda iştirak etməyib.
Müzakirələr çərçivəsində komissiyaya təqdim olunmuş hər bir layihəyə fərdi qaydada baxılıb və onların hazırlanmasında yol verilən nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb. İclasda ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən QHT-lərlə bağlı müvafiq qərarlar qəbul edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here