Şuranın dəstəklədiyi layihə uğurla başa çatdı

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin öyrənilməsi, uşaqların ekoloji təcrübə işlərinə cəlb olunması və onların iştirakı ilə ekskursiyaların təşkili” layihəsinə yekun vurub.
Layihə çərçivəsində Suraxanı rayonunun orta məktəbləri və uşaq evlərindən seçilmiş şagirdlərdən ibarət qrup yaradaraq onlara ətraf mühitlə bağlı təlimlər keçirilib və təlimlərin sonunda “Qala Ekoloji Təcrübə Mərkəzi”nə, Bakı şəhərindəki Nəbatat bağına, “Qobustan Alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə təlim mərkəzi”nə və Goranboydakı “Korçay Dövlət Təbiət qoruğu”na ekskursiyalar təşkil edilib. Bu ekskursiyalar zamanı şagirdlər birbaşa ekoloji təcrübə işlərinə cəlb ediliblər.
Layihə çərçivəsində həmçinin uşaq bağçalarındakı məktəbəqədər yaşlı uşaqlara ətraf mühitlə bağlı film göstərilib və həmin uşaqlarla maraqlı ekoloji oyunlar təşkil edilib. Layihənin icrası müddətində Suraxanı rayonu məktəbləri arasında ətraf mühitlə bağlı inşa müsabiqəsi elan edilib və layihənin sonunda  isə 84 №li tam orta məktəbin geniş həyətində asfalt üzərində rəsm müsabiqəsi təşkil edilib.
Sonda inşa və rəsm müsabiqəsinin qalibləri ölkənin tanınmış ekoloqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərindən və tanınmış QHT rəhbərlərindən ibarət olan münsiflər heyəti tərəfindən müəyyən edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
qhtxeber.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here