Şuranın dəstəyilə Lənkərana səfər təşkil edilib

“Turan” Vətəndaş Cəmiyyətinə Yardım ictimai birliyinin həyata keçirdiyi “Gənclərin ekoturunun təşkili, qədim mədəniyyət, tarixi abidələrlə tanışlıq və onların təbliği” adlı layihə çərçivəsində Lənkəran rayonuna səfər təşkil edilib. Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirir.

Səfər zamanı gəncləri “Turan” Vətəndaş Cəmiyyətinə yardım ictimai birliyinin sədri Y. Babayev, layihənin eksperti Ə. Mirzəyev müşayət ediblər. Səfər zamanı gənclərə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Lənkəran rayonunun turizm imkanlarından danışılıb. Ekspert Ə. Mirzəyev gənclərə ekoturizm anlayışı barədə geniş məlumat verib, ölkə rəhbərliyinin turizm imkanlarının artırılması ilə əlaqədar fərman və sərəncamları haqqında müzakirələr aparılıb.

Səfər zamanı gənclər Lənkəran şəhərinin gəzməli, görməli yerləri ilə, Xan evi adı ilə məşhur olan tarix-diyarşunaslıq muzeyi, Haftoni kəndində yerləşən İstisu müalicəvi sanatoriya ilə tanış olublar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here