Şuranın dəstəyilə Lənkəranda gender bərabərliyi ilə bağlı üçgünlük təlim olacaq

18-20 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 5 nömrəli ‘’Gender Bərabərliyi’’ məqsədini əsas tutaraq Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda” təlim kursu təşkil olunacaq. Qeyd olunan mövzu üzrə təlim kursunda Lənkəranda Astara, Yardımlı, Cəlilabad, Lerik, Masallı rayonlarından olan gənclər iştirak edəcək.
Layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliyi Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan gənc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyi probleminin təbliğatını aparmaqdır.
3 gün davam edəcək kəlim kursu iki hissədən ibarət olmaqla təlimləndirmə və təbliğat hissəsi olacaq. Təlimləndirmə hissəsində “Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” haqqında təlimçi tərəfindən ətraflı məlumat veriləcək. Daha sonra “Gender stereotipləri və xülafə”, “Qadınların cəmiyyətdə rolu, dünyada və Azərbaycanda qadın zorakılğı” mövzular üzrə müzakirələr keçiriləcək. Təlimin növbəti günündə “Gender bərabərsizliyini yaradan səbəblər və amillər”, “Gender bərabərsizliyini aradan qaldıracaq həll yolları” və “İştirakçıların mövzu ilə bağlı gələcək planlarının tərtibi” mövzular üzrə qrup işləri təşkil olunacaq. Təlim kursun 3-cü sonuncu günündə iştirakçıların mövzu ilə bağlı gələcək planlarının təqdimatı olacaq. Layihənin təbliğat mərhələsində gənc elçilər tərəfindən təqdim olunan layihələrin həyata keçirilməsi olacaq. Layihə başa çatdıqdan sonra iştirakçılara şəhadətnamə təqdim olunacaq.
Təlim kursunda iştirak etmək istəyən gənclər 10 may 2018-ci il tarixinədək www.nayora.az saytında yerləşdirilən elanda qeydiyyatdan keçə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here