Şuranın dəstəyilə ölkəmizdə yaşayan əcnəbilər Cocuq Mərcanlıya səfər edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Könüllü Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə davam edən “Azərbaycanda yaşayan əcnəbi vətəndaşlara Ermənistan-Azərbaycan münaqişəsi; işğallar, deportasiyalar və soyqırım həqiqətlərinin çatdırılması” layihəsinin növbəti tədbiri uğurla nəticələnib.
Təşkilat komitəsindən verilən məlumata görə, bu çərçivədə ölkəmizdə ali təhsi alan səkkiz fərqli ölkənin (Türkiyə, Misir, Banqladeş, Yəmən, Niger, Çad, Qətər və Pakistan) nümayəndəsi erməni işğalından yeni azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinə aparılıb.
Cocuq Mərcanlı kəndinin orta məktəbində təşkil olunan tədbirdə məktəb direktoru Zamin Həziyev əcnəbi vətəndaşlara Cəbrayıl rayonunun işğal tarixi, Ermənistanın bu bölgələrdə həyata keçirdiyi işğalçılıq siyasəti və erməni terroru haqqında məlumat verib.
Çıxışında Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada daha geniş təbliğ olunması üçün daha çox səy göstərilməli olduğunu deyən “Könüllü Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlı isə tədbir iştirakılarını öz ölkələrində Azərbaycanın könüllü təmsilciləri kimi çalışaraq bu həqiqətlərin təbliğ olunması üçün əllərindən gələni etməyə səsləyib.
Daha sonra isə layihə iştirakçıları Cocuq Mərcanlı kəndini gəzərək kənd əhalisi ilə ünsiyyətdə olub.
qhtxeber.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here