RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.07 18:57

“Suriyada təhlükəsizlik zonasının yaradılması Türkiyənin diplomatik uğurlarından biridir”

94

Türkiyənin Suriyada təhlükəsizlik zonasının yaradılması üçün apardığı hərbi hazırlıqlar diqqət mərkəzindədir. Rəsmi Ankara yaxın günlərdə hərbi əməliyyatlara başlamaq fikrindədir.

Məsələ ilə bağlı dialoq.info-ya açıqlama verən politoloq Ramiyə Məmmədova bir neçə gün öncə Tramp və Ərdoğan arasında olan telofon danışığına diqqət çəkib: “Danışığın nəticəsi olaraq dünən gecə Trampın əmri ilə ABŞ öz ordusunu Suriya ərazisindən çəkdi və bölgənin bütün məsuliyyəti Türkiyənin üzərindədir. Tramp bir məsləni qeyd etdi ki, ABŞ-ın tutduğu 10 min terrorçunun bütün məsuliyəti Türkiyənin üzərnə düşür. Bu gün Ərdoğan da Amerka ilə fikirlərinin üst-üstə düşdüyünü açıqladı. Amerika burada heç nə edə bilməyəcəyni anladı və geri çəkildi. İndi Suriyada gedəcək əməliyyatları Türkiyə öz üzərinə götrürür”.

Onun sözlərinə görə bu Türkiyənin diplomatik uğurlarından biridir və Türkiyə öz qətiyyətliyni bir daha sübut etdi: “Bildiyiniz kimi Türkiyə bu hərəkətilə öz üzərinə böyük məsuliyyət götürdü. Amma demək olar ki, əvvəlcədən də Suriyanın məsuliyyəti Türkiyyənin üzərində idi. Suriya ərazisində baş verən müharibədə ən cox ziyan görən ölkə də Türkiyə olmuşdur. İstər Suriyadan gələn qaçqınlar, istərsə də əvvəlcədən gələn terrorçular problem yaradırdı. Suriya qaçqınlarının saxlanılması və sosial problemlərin həll edilməsi üçün dövlət büdcəsindən ayrılan pullar iqsadiyyata ağır zərbə vurdu. Türkiyə bunların altından çıxa bilməyəcəyini anladı və ABŞ-la kəllə-kəlləyə gələrək ABŞ-ın Suriyadan çıxarılmasına nail oldu. Ərdoğan öz çıxışında da qeyd etdi ki, ya bu gün, ya da sabah Suriyaya yenidən daxil olacaqlar və şimaldan PKK, DAEŞ qosunlarını çıxardıb Suriya qaçqınlarının ora yerləşdirəcəklər. Bu məsələ hələ yarımçıq qalıb. Burada Rusiya faktoru da ola bilər ki, Rusya ilə Türkiyə ordusu birlikdə Suriyaya daxil ola bilər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı