Şuşa Dövlət Musiqili Dram Teatrında Xocalı soyqırımı ilə əlaqədar kompozisiya hazırlanır

Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti hazırda Xocalı soyqırımının 25–ci ildönümü ilə əlaqədar “Xocalım, ay Xocalım…” adlı ədəbi–bədii kompozisiya üzərində işləyir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, kompozisiyanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Ədəbi–bədii kompozisiyada Əməkdar Artist Şükufə Musayeva, Teymur Məmmədov, Mətanət Eres, Nazir Rüstəmov, Vüsalə Məmmədzadə, Məmməd Məmmədov, Ruhiyyə Həsənova, Rasəf Mehdiyev iştirak edir.

Kompozisiyanın hazırlanmasında bəstəkarlar Qara Qarayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu, Faiq Sücəddinovun musiqiləri ilə yanaşı, həmçinin tanınmış və istedadlı şairlərin şeirlərindən də istifadə olunub.

AZƏRTAC