Təbiət və texnologiya seminarı (Ödənişsiz)

Təbiət və texnologiya

Niyə təbiəti öyrənməliyik? Mersedes firması qutu balığını təqlid edir, bununla da avtomobilləri yanacaqdan daha sərfəli istifadə edir. McLaren firması yelkən balığını təqlid edərək daha sürətli motorlar ixtira edir. Skorski vertolyotlarının bəzi modelləri iynəcələrin xüsusiyyətləri öyrənilərək dizayn edilir. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün balıqların antifriz sistemi öyrənilir. Boeing firması quşların qanad qıvrımlarını, yapon şinkansen qatarları isə quşların dimdik formalarını təqlid edir. Yüksək təzyiqli nasosların inkişafı üçün suyun səthi gərilmə qüvvəsindən istifadə edilir. Ağcaqanadların cərrahiyyə metodları tibbə, yarasaların exolokasiya sistemləri hərb sənayesinə tətbid edilir. Daha bilmədiyimiz, amma gündəlik həyatda istifadə edib müşahidə etdiyimiz bir çox texnologiya əslində təbiətdəki texnologiyanın təqlididir. Bu təlimdə daha bir çox əyani misalları təbiəti qorumağın onu tanımaqla mümkün olacağını öyrənmək mümkündür.

Rövşən Əkbərov
Təbiət Elmləri İctimai Birliyinin sədri

Təlim 22 noyabr saat 11:00 da AXIN İctimai Birliyinin ofisində baş tutacaq

Əlaqə: (+99455) 4974169

AXIN-İctimai Birliyi

[email protected]
Tel: (+99412) 408 29 54
Ünvan: Səbail rayonu,Mehdi Hüseyn 1A (Milli Məclisin yanı)